“Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”- NATO Baş katibi

NATO Baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini və onunla NATO, Ukrayna və Yaxın Şərqin üzləşdiyi problemləri müzakirə etməyi planlaşdırdığını bildirib.

Azpost.info xəbər verir ki, Rutte və Ərdoğan arasında görüş yaxın dəqiqələrdə Ankaradakı prezident kompleksində baş tutacaq.

“Terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla, kollektiv təhlükəsizliyimizə qarşı artan çağırışları müzakirə etmək üçün prezident Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm”, – Rutte “Anadolu” agentliyinə deyib.

Rutte Baş katib kimi Türkiyəyə ilk səfəri zamanı xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə də danışıqlar aparacaq.

NATO Baş katibi həmçinin Türkiyənin hərbi-sənaye kompleksinin nümayəndələri ilə görüşməyi, TAI aerokosmik korporasiyasının obyektlərini və Atatürkün məqbərəsini ziyarət etməyi planlaşdırır.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.