Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayır –

User 24 Yanvar 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:15)
Ərəblər Biləsuvarda
Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları ovlayır.
Xarici turistlər Biləsuvar-Sabirabad rayonları ərazisində “Qırmızı Kitab”a düşmüş bəzgək quşlarını ovlayır. 
AzPost bildirir ki, bununla bağlı “Ekofront” Hərəkatı görüntülər yayıb.
Qeyd edilir ki, Biləsuvar və Sabirabad ərazisində ova gəlmiş ərəblər bəzgək ovuna çıxıb.
Bu kadrları çəkən “Ekofornt” könüllülərinə qarşı bələdçi tzyiq edib. “Ekofront” bildirir ki, ərəb ovçu qrupların Azərbaycan gəlişi davam edir.
Ərəb turistlərin bir hissəsi Salyan ərazisində “Kür hotel” də qalır. Bundan başqa Şirvandan, Biləsuvardan və Şəmkirdən qyri-qanuni ovlanma ilə bağlı xəbərlər gəlir.
Bundan əvvəl ərəb turistləri Şəmkir rayonu ərazisində “Qırmızı kitab”a düşən bəzgək ovlaması barədə məlumat yayılmışdı. 
Xəbərdə deyilir ki, 11 avtomoblidən ibarət ovçu karvanı hazırda Şəmkir ərazisindədirlər.

Bəzgək  Gruiformes dəstəsindən bir quş növüdür. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bel tərəfi qaraya çalan boz rəngdədir, üzərində tünd rəngli naxışlar var. Qarın tərəfi ağdır. Boynu qaradır, lakin iki yerdə ağ “boyunluğu” var.

Avropa, Asiya və Afrikada yayılıb. XX əsrin ortalarına qədər Azərbaycanda düzənlik və dağətəyi yerlərin açıq sahələrində qışlamış, həm də Şirvan və Mil düzlərində yuvalamışdır. Azərbaycanda artıq yuvalamır. Əsas populyasiyası Kür-Araz ovalığında və Acınohur-Ceyrançöl alçaq dağətəyi sahələrdə qışlayır.

XX əsrin birinci yarısında Kür-Araz ovalığında bəzi sürülərində 20 minə qədər quş olub. Azərbaycanda bəzi illərdə 40-50 min bəzgək ovlanıb, 1990-cı illərə qədər bəzgəyin sayı kəskin azalıb. Yuvalayan populyasiyası məhv edilib. Kür-Araz ovalığında 1989-cu ilin qışında Kürdəmir rayonu ərazisində 200, Biləsuvar rayonunda 150, Şirvan qoruğunda 200 bəzgək qeydə alınıb.

Ovlanması qadağandır. Qızılağac, Türyançay, Samux və Körçay Dövlət Təbiət Qoruqları, Şirvan və Ağgöl Milli Parkları bəzgəyin qışlaması üçün yararlıdır. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CİTES və Bern konvensiyalarına daxil edilib.

https://azpost.info/wp-content/uploads/2025/01/InShot_20250124_180835704.mp4

Post navigation

Previous: “Azər-Türk Bank” qaydanı pozub –
Next: İran ABŞ-ın sərhəd nəzarətçilərinin səfərindən narahat deyil

Oxşar xəbərlər

avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12

xƏBƏR

avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın...
Read more about Sabaha olan hava proqnozu
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur menzil dizayn
  • Sosial

Evi daha geniş və işıqlı göstərən 7 dizayn üsulu – bahalı təmirə ehtiyac yoxdur

User 25 Oktyabr 2026 - 12:12
Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil baqciliq
  • Sosial

Bağda suya qənaət etməyin 5 yolu – bitkiləri hər gün sulamaq vacib deyil

User 25 Oktyabr 2026 - 11:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.