Erməni qız Laçın yolundan sərbəst keçidə görə Azərbaycana təşəkkür edib –FOTO

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən erməniəsilli şəxs Arstamyan Elen sərbəst keçidin təmin olunmasından razılığını bildirib.

Bu barədə o, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Sərhəd-keçid məntəqəsindən sərbəst keçidin təmin olunmasından razılığını deyən A.Elen hər şeyin yaxşı olduğunu söyləyib.

O, azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.

Xatırladaq ki, bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində 90-a yaxın erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub. (Report)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.