Ermənilər Füzuli şəhər qəbiristanlığını dağıdıb

19 Noyabr 2020 - 14:39

Ermənilər Füzuli şəhər məzarlığında qəbir daşlarının əksəriyyəti söküblər.

Onlar bahalı qəbir daşlarının hamısını söküb aparıb, yalnız ucuz baş daşları olan məzarlara toxunmayıblar.

O cümlədən məzarların ətrafındakı dəmir hasarlar da sökülərək aparılıb.

Qeyd edək ki, bu gün bir qrup jurnalist işğaldan azad edilmiş Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində olub. (APA)