“Azərbaycan multikultural və tolerant dəyərlərə yüksək yer verən ölkədir və Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir”.
Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı bir az öncə söylədiyi fikirlərinin düzgün anlaşılmadığını bildirərək, Bakıdakı erməni kilsəsinə diqqət çəkib, deyib ki, Azərbaycanda tolerantlıq özünü ən yüksək səviyyədə göstərir: “Bu gün Azərbaycanda pravoslav kilsəsi, yəhudi sinaqoqları və digərləri azad formada fəaliyyət göstərir. Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə yaşayan ermənilərin də öz dini ayinlərini icra etməsi üçün heç bir problem yoxdur”.