Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri açacaq.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təklif etdiyi layihədə deyilir.
“Sputnik Armeniya”nın məlumatına görə, layihə Azərbaycan-Ermənistan dövlət sərhədində 3 nəzarət-buraxılış məntəqəsinin açılmasını nəzərdə tutur. Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələridir.
Hökumətin qərar layihəsi hüquqi aktların dərci üçün vahid internet saytında yerləşdirilib. Layihənin əsaslandırılmasında qeyd edilir ki, sənədin qəbulu Baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
Azpost.info