“Ermənistan bilərəkdən danışıqlar prosesini pozur” –PREZİDENT İLHAM ƏLİYEV

“Ermənistan rəhbərliyinin hazırkı mövqeyi baxımından Yerevanla danışıqlar mümkün deyil. Ermənistan qəbulediməz tələblər irəli sürür”.

Azpost.info bildirir ki, bu barədə Prezident İlham Əliyev  “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında bəyan edib.

“Ermənistanın Baş naziri bəyan edir ki, “Qarabağ –Ermənistandır və noqtə”. Belə olduqda hansı danışıqlar prosesindən danışmaq olar? ATƏT-in Minsk Qrupunun işlədiyi prinsiplərdə qeyd olunur ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafında olan ərazilər Azərbaycana verilməlidir. Əgər o deyirsə ki, “Qarabağ –Ermənistandır”, biz gərək danışıqları Dağlıq Qarabağın marionet rejimi ilə aparmalıyıq, bununla da 20 il mövcud olan danışıqlar formatını dağıtmağa cəhd edir”.

“Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qeyri-məqbul tələbələr irəli sürür”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir