Ermənistan məhkəməsi Serj Sərksiyanın bütün əmlakına həbs qoyub

19 Mart 2021 - 15:07

Ermənistan məhkəməsi sabiq prezident Serj Sərkisyanın əmlakı üzərində qoyulmuş həbs qərarını dəyişməyib.

Azpost.info bildirir ki, hakim Vaqe Misakyan bununla bağlı qaldırılmış vəsatəti rədd edib.

İstintaq Serj Sərksiyanın bütün daşınar və daşınmaz əmlakı üzərində həbs qoyub. Bura Sərkisyanın malik olduğu 489 milyon dram dəyərində maliyyə resursları, istiqrazlar və qiymətli kağızlar daxildir.

Sərkisyanla bağlı növbəti məhkəmə prosesi aprelin 15-də keçiriləcək.

Sabiq prezidentə qarşı cinayət işi 2019-cu ildə açılıb. İstintaqın ittihamına görə, Sərkisyan 2013-cü ildə “Fleş” şirkətini himayə edib. Prezidentin himayəsi ilə şirkət dizel yanacağı təmini ilə bağlı dövlət tenderini udub. Rəqib şirkət daha aşağı məbləğ təklif etməsinə baxmayaraq tenderin qalibi “Fleş” olub. Bununla da dövlətə 1 milyon dollar ziyan dəyib.