İranın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə Respublikasında rəsmi səfərdədir.

Nazir İstanbulun Dolmabağça Sarayında türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələrin genişləndirilməsi və regional məsələlər müzakirə ediləcək. Həmçinin bir sıra rəsmi görüşlərin keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

On üç yaşdan kiçik uşaqlar üçün “Instagram” versiyası yaradılacaq

Sonrakı məqalə

Ermənistan məhkəməsi Serj Sərksiyanın bütün əmlakına həbs qoyub