Ermənistan MDB Təhlükəsizlik Şuraları katiblərinin iclasında iştirakdan imtina edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrindən olan həmkarları ilə noyabrın 8-də keçirilməsi planlaşdırılan görüş üçün Moskvaya gəlməyəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan bildirib.

O, bu qərarının səbəbini açıqlamayıb.

Oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının sammitində iştirakdan imtina edib. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti də imtinanın səbəbini açıqlamayıb və sammitə ev sahibliyi edən Qırğızıstanda Paşinyanın iştirak etməməsi bir sıra səbəblərlə izah edilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.