Ermənistan MN üç hərbçisinin yaralandığını açıqlayıb

13 İyul 2020 - 17:12

Ermənistan Müdafiə Nazirliyi (MN) Azərbaycanla sərhəddə atışmada 3 hərbçinin yaralandığını açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyan bildirib.

O, hərbçilərin qəlpə yarası aldığını deyib.

Qeyd edək ki, Ermənistan tərəfi bundan əvvəl iki polisin yaralandığını açıqlamışdı.

Sosial şəbəkələrin erməni seqmentində isə sərhəddəki toqquşmalarda Ermənistanın xeyli itki verdiyi əks etdirəm məlumat və faktlar yayılır. Ermənistanın hərbi-siyasi rəhbərliyi itkilər barədə hələlik rəsmi açıqlama vermir, faktları gizlətməyə üstünlük verir.