Ermənistan ordusunun Baş Qərargahı Paşinyandan istefa verməyi tələb edib

25 Fevral 2021 - 12:25

Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və onun hökumətindən istefa verməyi tələb edib.

“Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş Qərargahın yaydığı açıqlamada bildirilib.

Bəyanatda Baş Qərargah rəisinin müavinin vəzifəsindən çıxarılmasına etiraz olunur.

“Baş nazir və Ermənistan höküməti belə taleyüklü və ağır günlərdə adekvat qərar qəbul etmək vəziyyətində deyil. Silahlı Qüvvələr uzun müddət ordunun diskreditasiyana yönəlmiş hucumlara səbrlə yanaşıb. Amma hər şeyin bir həddi var”-deyə bəyanatda deyilir.