Ermənistan parlamentinin sədri Rusiya Dumasının rəhbəri ilə görüşüb –

"Putin münaqişəni dayandırımaq üçün çox iş gördü"
17 May 2021 - 15:47

Moskvada Rusiya Dövlət Dumasının sədri Volodinlə Ermənistan parlamentinin sədri Mirzoyan arasında görüş keçirilib. 

Azpost.info bildirir ki, görüşdə Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.

“Prezident Putin Qarabağ münaqişəsinin dayandırımaq üçün çox iş gördü. Münaqişə daha pis vəziyyətə keçə bilərdi”-deyə Volodin bildirib.

Mirzoyan isə deyib ki, İrəvan və Moskva arasında münasibətlər strateji əməkdaşlıqdır.