Ermənistan silahlı qüvvələri Naxçıvandakı mövqelərimizi atəşə tutub

19 İyul 2021 - 22:17

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.