Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarır –Ermənistan Təhlükəsizlik Şurasının katibindən AÇIQLAMA

Ermənistan 44 günlük müharibə zamanı Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır.

Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində deyib.

O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib.

“Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, – o qeyd edib.

Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.