“Ermənistan baş verənlərə görə hesab verəcək”.
Bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlara münasibət bildirərkən deyib.
“Ermənistan boş yerə xəyal qurmasın, bunun hesabı çox ağır olacaq. Qurduqları xəyalların altında qalacaqlar. Onlara xəyalı qurduranlar da bunu uzaqdan izləyəcəklər”, – deyə F. Oqtay vurğulayıb. (APA)