“Ermənistan və Azərbaycan liderlərini təbrik edirəm” –Avropa Komissiyasının prezidenti

“Həm Avropa İttifaqı Şurasının prezidenti, həm də mən Ermənistan və Azərbaycan liderlərini sülh razılaşması üzərində işlərin başa çatması münasibətilə təbrik edirəm”.

APA xəbər verir ki, bunu “X” hesabında Avropa Komissiyasının prezidenti Ursula von der Leyen yazıb.

O bunu irəli atılmış vacib addım kimi dəyərləndirib:

“Biz razılaşmanın tez bir vaxtda imzalanmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı regional əlaqələrə töhfə verməyə və bütövlükdə bölgəni bizim birliyimizə yaxınlaşdırmağa hazırdır”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.