“Belarus Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa dair onlar üçün məqbul formatda istənilən vasitəçiliyi etməyə hazırdır”.
Azpost.info bildirir ki, bu barədə Belarus XİN-in bəyanatında deyilir.
“Təkçə çağırış etmirik, həm də bizim üçün mühüm tərəfdaşlar olan Ermənistan və Azərbaycandan xahiş edirik ki, hərbi əməliyyatları dayandırın. Biz tərəfləri silah tətbiqindən imtina etməyə, problemin həllinin dinc vasitələrlə həll etməyə çağırırıq”-deyə sənəddə vurğulanır.
Sənəddə deyilir ki, Minsk vəziyyətin kəskinləşməsindən ciddi şəkildə narahatdır.