“Ermənistan və Azərbaycandan xahiş edirik: Hərbi əməliyyatı dayandırın” –Belarus XİN müraciət etdi

“Belarus Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağa dair onlar üçün məqbul formatda istənilən vasitəçiliyi etməyə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Belarus XİN-in bəyanatında deyilir.

“Təkçə çağırış etmirik, həm də bizim üçün mühüm tərəfdaşlar olan Ermənistan və Azərbaycandan xahiş edirik ki, hərbi əməliyyatları dayandırın. Biz tərəfləri silah tətbiqindən imtina etməyə, problemin həllinin dinc vasitələrlə həll etməyə çağırırıq”-deyə sənəddə vurğulanır.

Sənəddə deyilir ki, Minsk vəziyyətin kəskinləşməsindən ciddi şəkildə narahatdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Telefonunuza göndərilən keçidlərə girməyin! –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 38 nəfər COVID-19-a yoluxub –