Ermənistan XİN başçısı Çavuşoğlu ilə danışıqların detallarını açıqladı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının detallarını açıqlayıb.

Azpost.info “Sputinik Armenia”ya istinadən bildirir ki, bu barədə o, parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxışı zamanı deyib. Mirzoyanın sözlərinə görə, Çavuçoğlu ilə ilkin şərtlər olmadan münasibətlərin normallaşdırılması barədə razılıq əldə edilib.

“Görüşdə hər iki tərəfdən münasibətlərin normallaşması və dərinləşdirilməsi qeyd olundu”-deyə Mirzoyan bildirib. Onun sözlərinə görə, hər iki tərəf diplomatik əlaqələrin qurulmasına və sərhədlərin açılmasına hazır olduqlarını qeyd edib.

Türkiyə və Ermənistan XİN başçılarının görüşü Antaliya Diplomatik Forumu çərçivəsində baş tutub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.