Ermənistanda 32 yaşlı qadın ədliyyə naziri təyin olundu

Ermənistan baş prokurorunun keçmiş müavini, 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib.

Azpost.info xəbər verir ki, müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Bir gün əvvəl Qalyan baş prokurorun müavini vəzifəsindən azad edilib. O, prokurorluqda qeyri-qanuni mənşəli əmlakın müsadirəsi üzrə şöbəyə rəhbərlik edirdi.

Srbui Qalyan 2019-cu ildə ədliyyə nazirinin müavini olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.