Ermənistanda koronavirusa yoluxanların sayı 1400-ü keçib –

Daha 2 nəfər ölüb
21 Aprel 2020 - 11:12

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa daha 62 nəfər yoluxub, 2 nəfər ölüb.

“Sputnik Armenia”yanın verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 1401 nəfərə çatıb.

Ermənistanda ümumilikdə xəstəlikdən ölənlərin sayı 24 nəfərdir.  Koronavirusdan sağalanların sayı isə 609 nəfər təşkil edir. (APA)