Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb

07 Aprel 2020 - 13:55

Ermənistanda son sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb.

Xatırladaq ki, Ermənistanda 8 nəfər koronavirusdan ölüb.