Ermənistanda kütləvi itaətsizlik aksiyaları başlayıb, polisi yolu bağlayan etirazçıları saxlayıb

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.

Küçələrə çıxan əhali əsas yolları bağlayıb.

Paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyan” prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Polis bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.

Eçmiədzində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.