Ermənistanda məcburi hərbi xidmət müddəti azaldılır

2026-cı ildən etibarən Ermənistanda məcburi hərbi xidmət müddəti qısaldılacaq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Telegram” kanalında açıqlama yayıb.“2026-cı il yanvarın 1-dən, yəni qış çağırışından başlayaraq, məcburi hərbi xidmət müddəti iki ildən ilyarıma endiriləcək”, – deyə Paşinyan bildirib.

Bundan əvvəl Ermənistan hökuməti Müdafiə Nazirliyinin təşəbbüsü ilə məcburi hərbi xidmət müddətinin hazırkı 24 aydan 18 aya endirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Müxalifət isə bu addımı hakimiyyətin gələn ilin iyununa təyin edilmiş parlament seçkiləri ərəfəsində əlavə səs toplamaq məqsədi daşıyan seçki oyunu adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.