“Ermənistanda seçkilər şəffaf və obyektiv keçirilib” –

MDB-nin müşahidə missiyası bəyanat verdi
21 İyun 2021 - 12:44

Ermənistanda parlament seçkiləri Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun keçirilib.

Azpost.info bildirir ki, bu sözləri seçkiləri müşahidə edən MDB-nin müşahidə missiyasının rəhbəri İlham Nemətov İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, hazırkı seçki məcəlləsi azad və şəffaf səsvermə üçün şərait yaradır.

Onun sözlərinə görə, missiya fəaliyyətinə mayın 31-də başlayıb. Qrup 700 seçki məntəqəsində olub.

“Müşahidəçilər seçkinin nəticələrinə təsir edəcək hər hansı ciddi pozuntular qeydə almayıblar”. Müşahidə missiyası seçkilərin açıq və obyektiv keçirildiyini qeyd edib.