“Ermənistanda seçkilər şəffaf və obyektiv keçirilib” –MDB-nin müşahidə missiyası bəyanat verdi

Ermənistanda parlament seçkiləri Konstitusiyaya və Seçki Məcəlləsinə uyğun keçirilib.

Azpost.info bildirir ki, bu sözləri seçkiləri müşahidə edən MDB-nin müşahidə missiyasının rəhbəri İlham Nemətov İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, hazırkı seçki məcəlləsi azad və şəffaf səsvermə üçün şərait yaradır.

Onun sözlərinə görə, missiya fəaliyyətinə mayın 31-də başlayıb. Qrup 700 seçki məntəqəsində olub.

“Müşahidəçilər seçkinin nəticələrinə təsir edəcək hər hansı ciddi pozuntular qeydə almayıblar”. Müşahidə missiyası seçkilərin açıq və obyektiv keçirildiyini qeyd edib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz 127,1% icra edilib” –

Sonrakı məqalə

“İlk dəfə film ideyasını eşidəndə bu təkliflə razılaşmadım” –