“Ermənistanda seçkinin nəticələri Moskva üçün gözlənilməz oldu” –Rusiyalı ekspert

“Ermənistanda seçkilərin nəticələri Rusiyada bir çoxları üçün gözlənilməz oldu”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Humanitar Universitetinin postsovet ölkələr üzrə tədqiqat İnstitutunun baş elmi işçisi Aleksandr Quşin “Kommersant”a şərhində bildirib.

Onun sözlərinə görə, seçki ilə bağlı şübhəli rəy sorğuları situasiyanın doğru analizinə imkan verməyib: “Seçkilər göstərdi ki, köhnə siyasi elita və onun liderləri hətta hərbi məğlubiyyətlə bağlı yaranmış narazılıq dalğasında belə cəmiyyəti birləşdirməyə qadir deyillər. “Sabiqlərə” olan çox mənfi münasibətin fonunda Paşinyanın elektortanı daha mobil çıxdı”. 

Ekspert vurğulayıb ki, Qarabağ və müharibədə revanş ideyası cəmiyyətin geniş təbəqələri tərəfindən dəstəklənmədi. İnsanlar başqa prioritetlərə üstünlük verdilər. “Bundan başqa insanların əksəriyyəti anladı ki, artıq yaranmış mövcud beynəlxalq konsensusun şərtləri çərçivəsində Ermənistanın köhnə hakimiyyəti lap seçkilərdə qələbə qazansa da çətin ki, situasiyanı öz xeyrinə dəyişdirmək imkanı qazana bilsin”. 

Ekspert qeyd edib ki, Ermənistanda seçkilərin yekunları faktik olaraq müharibə və sülh məsələsi ilə bağlı referendum oldu. Revanşa stavka edən müxalifət seçicilərin dəstəyini almadı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda süpürgəçi qadını avtomobil vurub

Sonrakı məqalə

Valideynlərinin “Bizimləsən” verilişində axtardığı yeniyetmənin meyiti tapıldı