Ermənistanda son sutkada 184 nəfər koronavirusa yoluxub –

3 nəfər ölüb
15 May 2020 - 11:25

Ermənistanda son sutka ərzində 184 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 4044 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 52 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 1666 nəfərdir.