Ermənistanda son sutkada 451 nəfər virusa yoluxub-

4 nəfər ölüb
24 İyul 2020 - 11:14

Ermənistanda son sutkada daha 451 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub, 4 nəfər ölüb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 36 613, xəstəlikdən ölənlərin sayı isə 692 nəfərə çatıb.

Ermənistanda COVID-19-dan sağalanların sayı 25 734 nəfərdir.