Ermənistanın müdafiə naziri istefa verəcək

“Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verəcək”.

Bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.

Məlumata görə, Papikyan bundan sonra öz fəaliyyətini diplomatik sahədə davam etdirəcək.

Qəzet yazır ki, Suren Papikyan və ölkənin Baş naziri Nikol Paşinyan artıq bu barədə razılığa gəlib və müvafiq qərar birlikdə verilib.

“Paşinyan bununla iki tapşırığı eyni anda həll edir: birincisi, Papikyanın istefaya göndərilməsi ilə bağlı “öz ağaları”nın tələblərini yerinə yetirir, ikincisi isə Basarkeçərdə 15 hərbçinin ölümündən sonra əhali arasında yaranan gərginliyi aradan qaldırır”,  – məlumatda qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.