“Rusiya üçün Ermənistanın sərhədlərinin toxunulmazılığı “qırmızı xəttdir””.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan İctimai televiziya çıxışında bildirib.
Paşinyanın sözlərinə görə, son 8 ayda o Putinlə çoxsaylı danışıqlarında Rusiyanın bu mövqeyinə əmin olub.
Sərhəddəki gərginliyə toxunan Paşinyan qeyd edib ki, bunun aradan qaldırılması üçün böyük iş aparılır: “Biz məsələnin dinc yolla həllini istəyirik. Bunun üçün imkanlar da var”.
Paşinyanın fikrincə, ölkədəki siyasi vəziyyət bu gərginliyin yaranmasında rol oynayır.