“Qarabağda atəşkəsin pozulması qeydə alınmayıb” –Rusiya sülhməramlılarının nümayəndəsi

Ötən həftə Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb.

Bu barədə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vladislav Dyomkin məlumat verib. “Ötən dövrdə atəşkəsin pozulması halı, rusiyalı hərbçilərə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”, – deyə o, bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, iyunun 11-dən 12-si Laçın dəhlizi ilə şimal və cənub istiqamətlərində, 4-ü isə Şuşa-Qırmızı Bazar-Qacar marşrutu və əks istiqamətdə keçməklə Azərbaycan Silahlı Qüvvələrinin 16 avtomobil karvanının təhlükəsiz hərəkəti təmin edilib.

Bundan əlavə, iyunun 11-də və 16-da 2 tikinti texnikası kolonunun Suqovuşan-Kəlbəcər marşrutu üzrə, 1 kolonun isə əks istiqamətdə müşayiəti həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb

Sonrakı məqalə

“Ermənistanın sərhədləri Rusiya üçün “qırmızı xəttdir” –