Ermənistanın yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021 - 16:36

Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunub.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Prezident Armen Sarkisyan Fərman imzalayıb.

A. Karapetyanın müdafiə naziri vəzifəsinə namizədliyi Baş nazir Nikol Paşinyan tərəfindən irəli sürülüb.

Bundan əvvəl N. Paşinyan A. Karapetyanın Ermənistan müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.