“Ermənistanın yeni rəhbərliyi keçmişdən dərs götürməlidir” –

Mövlud Çavuşoğlu
20 İyun 2021 - 13:59

“Türkiyə ümid edir ki, Ermənistanın yeni rəhbərliyi keçmişin dərslərindən nəticə çıxaracaq”.

Azpost.info bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ermənistanda keçirilən parlament seçkilərini şərh edərkən deyib.

“Bu seçkilər Ermənistanın daxili işidir. Yeni rəhbərlik keçmişdən dərs götürməlidir”-deyə o Antaliya diplomatik forumunda çıxış edərkən vurğulayıb.