“Gürcüstan-Azərbaycan-Ermənistan trio formatında işləməyə hazırıq” –XİN başçısı David Zalkaliani

“Tiflis geopolitik baxımdan mühüm infrastruktur layihələrinin reallaşdırılması üçün Gürcüstan-Azərbaycan-Ermənistan trio formatında işləməyə hazırdır”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatik Forumunda çıxışı zamanı bildirib.

Uğurlu regional əməkdaşlıq nümunəsi kimi Azərbaycan və Türkiyə ilə olan reallaşdırılan layihələri nümunə göstərib. “Qarşımızda çoxlu imkanlar var. Sabitlik region üçün çox mühümdür”.

Nazir Azərbaycan və Türkiyəni Gürcüstanın strateji tərəfdaşları adlandırıb, həmçinin qeyd edib ki, Ermənistanla tarixi və dostluq əlaqələri var: “Bu bizim praktik əməkdaşlığımızın nümayişidir. Buna görə biz bu çağışrışı bütün qonşularımıza, xüsusən erməni həmkarlarımıza edirik. Biz trio formatında- Gürcüstan-Azərbaycan-Ermənistan olaraq regional əməkdaşlığa hazırıq”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistanın yeni rəhbərliyi keçmişdən dərs götürməlidir” –

Sonrakı məqalə

Olimpiya stadionuna gedən bütün yollarda hərəkətə məhdudiyyət qoyulub –