“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır” –XİN

“Ermənistanın yerləşdirdiyi minaların təhlükəsi həmişə aktualdır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi X hesabında bildirib.

“Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox itkilərə və xəsarətlərə səbəb olur.

Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib.

2020-ci ilin noyabr ayından indiyədək 343 nəfər minaların qurbanı olub” paylaşımda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.