Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün regionun xeyrinədir-Numan Kurtulmuş

“Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Avropa Parlamentinin Prezidentləri Konfransının 1-ci Sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın müharibədən başqa yolu yox idi: “Beynəlxalq təşkilatlar öz işini görmədi. Ona görə də Azərbaycan 44 günlük müharibəyə başlamalı oldu. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olacaq”.

N.Kurtulmuş vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh bütün region ölkələrinin xeyrinədir: “Həmçinin, Zəngəzur dəhlizinin açılması təkcə bir dövlətə yox, bütün regiona lazımdır”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.