Erməni silahlı dəstələri Füzuli istiqamətində istehkam qurmağa cəhd edib

Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Nazirlikdən verilən xəbərə görə, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.

Əvvəlki məqalə

Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırıb

Sonrakı məqalə

İranın Fransadakı səfirliyinə hücum olub