Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ermənilər Şövkət Ələkbərovanın oxuduğu daha 4 mahnını oğurlayıbmış

User 06 Dekabr 2024 - 15:06 (Last updated: 21 May 2025 - 20:15)
sovket elekborva

Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış “Töhfə” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)”, “Getmə amandır” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.”, “Yavaş-yavaş” mahnısının “Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)” və “Bayram şamları” mahnısının “Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)” adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin “BehrooZ Abshar” səhifəsində yerləşdirildiyi müəyyən edilib.

Bu barədə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Töhfə” mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır:

“Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi “Getmə amandır” mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır.

Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan “Yavaş-yavaş” mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və “Xatirə” Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin “Qızıl Fondu”nda 6693-S kod nömrəsi altında saxlanılır.

“Bayram şamları” mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin “Qızıl Fondu”nda saxlanılır”.

“Müğənni Ş.Ələkbərovanın “Youtube”da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən “Mikpro” MMC həyata keçirir. “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video Youtube-nin “BehrooZ Abshar” səhifəsindən silinib. Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib”, – deyə məlumatda bildirilib.

Post navigation

Previous: “Vladimir Putinlə ilin yekunları”…
Next: Çətin tərbiyə olunan uşaqların yerləşdirilməsi üçün müəssisə açılacaq

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ iqtisadçısı və professor Ceffri Saksla söhbətdə Azərbaycanın enerji siyasəti, Avropa ilə...
Read more about “Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı? maqnit
  • Maraqlı

Oktyabrın 31-də maqnit qasırğası gözlənilir – Azərbaycana təsiri olacaqmı?

User 30 Oktyabr 2026 - 17:46
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.