“Ermənistan əsgərlərinin cəsədlərini götürmək istəmir” –Hikmət Hacıyev

Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır.

Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də cavab vermir. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə son sutkada koronavirusdan 75 nəfər ölüb

Sonrakı məqalə

“Ermənistan və Azərbaycan arasında atəşkəsə əməl olunur” –