Ermənistan Apostol Kilsəsi kömək üçün kilsə zənglərini çalır –Gərgin vəziyyət yaranıb

Ermənistan Apostol Kilsəsinin əsas məbədi olan Müqəddəs Eçmiədzin Ana Kilsəsi ətrafında vəziyyət gərgindir. Kilsənin zəngləri dayanmadan çalınır.
Din xadimlərindən biri AzadlıqRadiosuna deyib ki, bu, yardım çağırışıdır.
Azadlıq Radiosunun erməni xidməti xəbər verir ki, Müqəddəs Eçmiədzin Ana Taxt-İqamətgahının qapıları yaxınlığında toqquşma və izdiham qeydə alınıb. Vətəndaşlar hələ də hüquq-mühafizə orqanlarının Şirak Yeparxiyasının ruhani lideri arxiyepiskop Mikayel Acapahyanı aparmasına mane olmağa çalışırlar.
“Baş verənlər tamamilə qanunsuzdur, amma mən heç vaxt gizlənməmişəm və indi də gizlənmək fikrində deyiləm. Ardımca gəliblər, gedəcəm. Mən bu ölkə üçün təhlükə deyiləm, təhlükə hökumətdədir”, – arxiyepiskop Acapahyan deyib.
Eçmiədzindəki din xadimləri arxiyepiskopu kilsəni tərk etməməyə çağırıb.
“Qoy gəlib hamımızı aparsınlar”, – onlar bildirib.
Ermənistan Baş Prokurorluğu iyunun 26-da yaydığı açıqlamada bildirib ki, bir həftə əvvəl Şirak Yeparxiyasının rəhbəri Arxiyepiskop Mikayel Ajapahyan barəsində çevrilişə çağırış ittihamı ilə cinayət işi başlanılıb.
“Armenpress” bildirir ki, Arxiyepiskopla bağlı cinayət işi onun “Ermənistanda hərbi çevriliş etmək lazımdır” bəyanatı ilə bağlıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.