Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.
“Sputnik Armenia” xəbər verir ki, bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, rəsmi İrəvan danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.
Bəyanatda vurğulanıb ki, BMT Nizamnaməsi, Helsinki Yekun Aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə danışıqların təşkil olunması üçün müraciət edilib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana münasibətlərin normallaşmasına dair 5 maddədən ibarət sənəd göndərdiklərini və cavab gözlədiklərini bildirib.