Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sahibkarlar və gömrük rəsmiləri görüşüb, problemlər müzakirə edilib

User 12 Sentyabr 2024 - 12:40 (Last updated: 21 May 2025 - 20:15)
gomruk sahibk

Azərbaycan sahibkarları gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması təklifləri ilə çıxış ediblər.

“Report” Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın təşəbbüsü və ASK-nın təşkilati dəstəyi ilə ölkədə fəaliyyət göstərən sahibkarlar və brokerlər gömrük idxal-ixrac əməliyyatlarını müzakirəsi zamanı bildirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndələri də iştirak ediblər.

Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov son illər gömrük sistemində aparılan islahatlar, prosedurların sadələşməsi, innovativ xidmətlərin istifadəyə verilməsinə toxunaraq, bununla yanaşı bəzi məsələlərin həllini tapması istiqamətində əməkdaşlığın davam etdirildiyini bildirib. O, görüşdə sahibkarları açıq dialoqa dəvət edib.

DGK yanında İctimai Şuranın sədri Ramil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında qısa məlumat verərək, Konfederasiya ilə birlikdə sahibkarların hüquqlarının qorunmasında və gömrük prosedurları ilə bağlı islahatlarda dəstək verməyə hazır olduqlarını deyib.

Sahibkarlar yüklərin sərhədlərdə yubanması, məsuliyyətli saxlanc, bəzi vaxtlarda sərhəd keçid məntəqələrində uzun növbələrin yaranması, Ələt limanında və hava daşımaçılığında gömrük rəsmiləşdirmə prosedurlarının optimallaşdırılması, tranzit yüklərin daşınması zamanı qarışıq və çoxsaylı yüklərin bəyannaməsində tariflərlə bağlı sual və təkliflərlə çıxış ediblər.

DGK-nın Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov və Komitənin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə hər bir sualla bağlı geniş açıqlamalar veriblər. Sahibkarlara faydalı əməkdaşlıq üçün təşəkkür edən Komitə əməkdaşları qaldırılan məsələləri yazılı formatda da təqdim etməyi xahiş ediblər.

Post navigation

Previous: Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozmağa davam edir
Next: Ukrayna Rusiyanın 50 milyon dollarlıq “Su-30SM” qırıcısını məhv edib

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Milli Məclisin deputatı Sevinc Hüseynovaya ağır itki üz verib. Gununsesi.info  xəbər verir ki, deputatın həyat yoldaşı Hacı...
Read more about Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib” ilham erdoqan
  • Baş Yazı

Ərdoğan İlham Əliyevi təbrik etdi – “Böyük Zəfər Türk dünyasının qürur mənbəyinə çevrilib”

User 07 Noyabr 2026 - 14:22
Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.