Ermənistan nümayəndə heyətinin Bakıda keçiriləcək BMT-nin COP29 İqlim Konfransında iştirakı ilə bağlı hələlik qərar yoxdur.
Azpost.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
Ermənistan hakimiyyəti COP29-a dəvət olunub. Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, tədbirdə iştirakla bağlı hələ də qərar yoxdur. Öz növbəsində, Baş Nazir Aparatının rəhbəri Arayik Arutyunyan qeyd edib ki, Bakıya getmək qərarına sülh müqaviləsi çərçivəsində ciddi irəliləyişlər də daxil olmaqla, bir çox hallar təsir edə bilər.
Azpost.info