Ermənistan Fizuli və Zəngilanın mina xəritələrini verdi –Azərbaycan 15 erməni əsirini geri qaytardı (RƏSMİ)

İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür ifadə edilib.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib

**

Ermənistan Fizuli vı Zəngilanın mina xəritələrini Azərbaycana verib. Azərbaycan isə daha 15 erməni əsirini İrəvana qaytarıb.

Azpost.info bildirir ki, bu barədə Sputnik Armeniya məlumat yayıb.

Erməni əsirləri Rusiya sülhməramlı qüvvələrinin rəhbəri Rüstəm Muradovun rəhbərliyi altında Ermənistana gətirlir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda Çexiya ilə Danimarka oyununda LQBT bayrağını qaldırmağa cəhd ediblər –

Sonrakı məqalə

Danimarka Bakıda Çexiyaya qalib gəldi –