Ermənistan Gürcüstanla sərhədi bağlamayacaq

Ermənistan koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində Gürcüstanla sərhədi bağlamağa hələ ehtiyac görmür.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, sərhədlərin bağlanmasına zərurət yaranan zaman bu məsələ müzakirə olunacaq: “Biz hələ bu vəziyyətə çatmamışıq. Təhlükəsizlik baxımından bu məsələni müzakirə edəcəyik və lazım gələrsə, sərhədi bağlayarıq”.

Qeyd edək ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihə Bakıda müzakirə olunur –

Sonrakı məqalə

Gürcüstanda tibbi maskaların xaricə göndərilməsinə qadağa qoyuldu