“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir!” –Türkiyənin Müdafiə naziri

30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ankaranın Polatlı rayonundakı hərbi təlim mərkəzində keçirilən “Atəş sərbəst-2020“ hərbi təlimlərində jurnalistlərə açıqlamasında deyib. 

“Bu, heç səmimi deyil. Məsələnin çox sadə yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə. Biz də Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyimizi ən yüksək səviyyədə söylədik, Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”, – deyə nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənilərin Qəbələyə raket atması nəticəsində 1 mülki şəxs yaralanıb-

Sonrakı məqalə

Sabahın hava proqnozu