Ermənistan Kəlbəcər istiqamətində təxribat törədib –Atışma gedir

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Goranboy rayonunun Ballıqaya kəndi ərazisində meyit qalıqları tapılıb

Sonrakı məqalə

“Bu, son mətbuat konfransım ola bilər” –