Putin nüvə raketi daşıyan Donanma komandanını istefaya göndərdi

Sakit Okean Donanmasının komandiri admiral Sergey Avakyans nüvə raketləri ilə silahlanmış strateji sualtı qayıqlarla bağlı qəfil hazırlıq yoxlamasından bir həftə keçməmiş vəzifəsindən azad edilib.

Azpost.info xəbər verir ki, donanmaya 10 ildən çox rəhbərlik edən Avakyans hərbi idman hazırlığı və vətənpərvərlik tərbiyəsi mərkəzlərinə cavabdeh olan qərargahın rəhbəri vəzifəsinə keçirilib.

“Hazırlıq dövrü başa çatmaq üzrədir. Bu müddət ərzində biz regional mərkəzlərin fəaliyyətini metodiki təmin edəcək və onların işini əlaqələndirəcək mərkəzləşdirilmiş struktur yaratmışıq. Bu mərkəzi struktura bu yaxınlara qədər Sakit Okean Donanmasına komandanlıq edən admiral Avakyans rəhbərlik edəcək”, – Baş nazirin müavini, Putinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev bildirib.

Aprelin 14-də Rusiya müdafiə naziri Sergey Şoyqu Sakit Okean Donanmasının qəfil yoxlanıldığını elan edib. Rusiya Hərbi Dəniz Qüvvələrinin komandiri admiral Nikolay Evmenovun rəhbərlik etdiyi yoxlamanın əsas məqsədi düşmənin təcavüzünü dəf etmək üçün bacarıqların artırılması idi.

Admiral Avakyans 2012-ci ilin mayında Sakit Okean Donanmasının komandiri təyin edilib. Bundan əvvəl Şimal Donanmasının qərargahında və Sakit Okean Donanması komandirinin birinci müavini işləyib. Admiral hərbi rütbəsi ona 2014-cü ilin dekabrında verilib.

Azpost.info

Əvvəlki məqalə

Təmirdən sonra açılan “Cümə” məscidinə imamlar təyin olunub

Sonrakı məqalə

“Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır” –